18 
Sen
2020
14:42
33
132
6900
Virtual karabakh

Qonşu ölkədə koronavirusa rekord yoluxma

18 Sen, 2020
14:42
6900

Qonşu ölkədə koronavirusa rekord yoluxma

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son bir gün ərzində Rusiyada 5 905 nəfərdə koronavirus aşkarlanıb.

“İnterfax” xəbər verir ki, son iki həftə ərzində aşkarlanan xəstələrin sayı 5,1-5,5 min nəfər arasında dəyişib.

Qeyd edilir ki, Moskvada gün ərzində 805 nəfərdə virusa yoluxma qeydə alınıb. 

Operativ qərargah yoluxma sayındakı artımı paytaxtda daha çox testin aparılması və koronavirusun daha yaxşı aşkarlanması ilə izah edir. Bundan əlavə, Moskvada nəqliyyatdan aktiv istifadə edənlərin və ictimai yerlərə gələnlərin sayının artdığı da bildirilir.

Ümumilikdə, ölkədə artıq 1 091 186 nəfərdə koronavirusa yoluxma müəyyən edilib. Bu göstəriciyə görə Rusiya Federasiyası dünyada dördüncü yerdə qalır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri