18 
Sen
2020
15:36
18
176
5129
Virtual karabakh

15 yaşlı yeniyetmə ilə yaxınlıq etmiş XİN başçısı ictimaiyyətdən üzr istədi

18 Sen, 2020
15:36
5129

15 yaşlı yeniyetmə ilə yaxınlıq etmiş XİN başçısı ictimaiyyətdən üzr istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarkanın Xarici İşlər naziri Yeppe Kofod mənsub olduğu Sosial Demokrat partiyasının 15 yaşlı fəalı ilə cinsi münasibətdə olduğuna görə ictimaiyyətdən üzr istəyib.

“Sputnik” agentliyi xəbər verir ki, hadisə 2008-ci ildə Pasxa kursları zamanı baş verib.

“Mən sərxoş və axmaq idim. Çox yaxşı bilirəm ki, bağışlanma diləmək kifayət deyil. Kaş ki, nəyisə dəyişdirə bilərdim. Edə biləcəyim yeganə şey bağışlanma diləməkdir”, - deyə 46 yaşlı XİN başçısı qeyd edib.

Bildirək ki, Danimarkada 15 yaşı tamam olan qadına cinsi partnyorunu seçmək azadlığı verilir.

Y.Kofod 2008-ci ildə qanunu pozmasa da, məlum hadisə ilə əlaqədar bütün siyasi vəzifələrdən istefa vermək məcburiyyətində qalmışdı.

O, yalnız 11 ildən sonra siyasi fəaliyyətini bərpa edə bildi və 2019-cu ildə Danimarka Xarici İşlər Nazirliyinin başçısı təyin olundu.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri