18 
Sen
2020
21:25
61
114
4826
Virtual karabakh

Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO

18 Sen, 2020
21:25
4826

Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Akvamen” filmində əsas rolun ifaçısı, məşhur amerikalı aktyor Ceyson Mamoa səhrada köməksiz vəziyyətdə qalıb.

REN TV xəbər verir ki, növbəti filmin çəkilişinə gedən aktyorun avtomobili yolda xarab olub.

Səhralıq ərazidə susuz və qidasız qalan aktyor internet vasitəsi ilə pərəstişkarlarına müraciət edib.

“Çoxlu su göndərin. Bura çox istidir”, - deyə aktyor canlı bağlantı zamanı söyləyib.

Pərəstişkarları dərhal aktyorun müraciətinə reaksiya veriblər.

Aktyor onlardan birinin avtomobilində çəkiliş meydançasına yollanıb.

Qeyd edək ki, 41 yaşlı aktyor 2020-ci ilin dekabr ayında ekranlara çıxacaq  “Düna” filminin çəkilişlərində iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri