19 
Sen
2020
11:52
14
158
2661
Virtual karabakh

Koronavirusun beyinə dağıdıcı təsiri

19 Sen, 2020
11:52
2661

Koronavirusun beyinə dağıdıcı təsiri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus beyinə bir sıra dağıdıcı təsir göstərə bilər.

Bu barədə “Nature” jurnalı alimlərinin araşdırmalarına istinadla xəbər yayır.

Koronavirusa yoluxan, nevroloji və psixiatrik ağırlaşmaları olan xəstələrin 62 faizinin beyin qan dövranının zədələnmiş olduğu bildirilir.

Eyni zamanda, 31 faiz insan zehni qarışıqlıq və uzun müddətli huşsuzluğa məruz qalıb.

Koronavirusun ən çox rast gəlinən nevroloji nəticələri iflic, həmçinin ensefalit - beyin toxumasının iltihabıdır.

Nevroloji simptomların fərqli insan qruplarında meydana gələ biləcəyi qeyd olunur.

Bildirilir ki, məlumat çatışmazlığı səbəbindən koronavirusu yüngül və ya asimptomatik keçirən insanlar arasında nevroloji simptomların yayılma dərəcəsini təyin etmək olduqca çətindir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri