19 
Sen
2020
15:08
37
208
2705
Virtual karabakh

BMT milyarderlərdən kömək istədi

19 Sen, 2020
15:08
2705

BMT milyarderlərdən kömək istədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramının (WFP) direktoru Devid Bisli milyarderlərə və böyük müəssisələrə müraciət edib.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

BMT rəsmisi 2020-ci ildə dünyada aclıq ilə üzləşən 30 milyon insanın xilas edilməsi üçün yardım istəyib və bunun üçün 4,9 milyard dollara ehtiyac olduğunu söyləyib.

D.Bisli xatırladıb ki, hazırda dünyada 2000-dən çox milyarder var və onların sərvətinin dəyəri səkkiz trilyon dollar təşkil edir.

“Bəziləri pandemiya dövründə milyardlar qazandı. Mən kapitalın böyüməsinə qarşı deyiləm, amma bəşəriyyət hazırda böyük böhranla qarşılaşıb”, - deyə BMT rəsmisi vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri