22 
Sen
2020
05:00
28
159
11133
Virtual karabakh

Üzümün təhlükələri açıqlanıb

22 Sen, 2020
05:00
11133

Üzümün təhlükələri açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Süfrə üçün nəzərdə tutulan bütün üzüm sortlarında şəkərin miqdarı həddindən artıq çoxdur, özü də bu, tez mənimsənilən qlükoza və fruktoza şəklində olur.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı aqronom və kənd təsərrüfatı mütəxəssisi Vladimir Vikulov bildirib.

Mütəxəssis bir salxım üzümün bəzən bir kiloqram ağırlığında ola biləcəyini xatırladıb:

“Bu isə 150 qram fruktoza deməkdir, hansı ki, orqanizmə ciddi zərbə vurur”.

Bundan əlavə, Vikulovun sözlərinə görə, üzümçülər bitkini zərərvericilərdən qorumaq üçün mütəmadi olaraq məhsula mis, kükürd, funqisid preparatları kimi müxtəlif kimyəvi maddələr vurur. Bu baxımdan o, meyvəni yeməzdən əvvəl yaxşı-yaxşı yumağı tövsiyə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri