21 
Sen
2020
16:29
140
42
1444
Virtual karabakh

Çex Respublikasında koronavirusa yoluxanların sayı artdı: Səhiyyə naziri istefa verdi

21 Sen, 2020
16:29
1444

Çex Respublikasında koronavirusa yoluxanların sayı artdı: Səhiyyə naziri istefa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çex Respublikası Səhiyyə Nazirliyinin rəhbəri COVID-19 xəstələrinin sayının artması səbəbindən vəzifəsindən gedib.

“RİA Novosti” xəbər verir ki, Adam Voytex istefa verməsini koronavirusa yoluxanların sayının artması ilə əlaqəli olduğunu deyib:

“Çox düşünəndən sonra vəzifəmdən istefa vermək qərarına gəldim”.

O əlavə edib ki, bununla koronavirusun yayılmasına qarşı yeni həll yolları açmaq istəyib.

Ölkənin Nazirlər Kabineti başçısı 18 sentyabrda Vojtexin istefası ilə bağlı ona verilən sualı yersiz hesab edib, çünki nazir “tarixdə heç kimin həll etmədiyi problemləri həll etməlidir”.

Son həftələrdə Çex Respublikasında koronavirus xəstələrinin sayı kəskin artıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri