22 
Sen
2020
06:30
29
60
3496
Virtual karabakh

“Çelsi”nin keçmiş hücumçusundan Kepaya sərt sözlər

22 Sen, 2020
06:30
3496

“Çelsi”nin keçmiş hücumçusundan Kepaya sərt sözlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi”nin keçmiş hücumçusu Kris Satton komandanın ispaniyalı qapıçısı Kepa Arrisabalaqanın oyunu barədə fikirlərini səsləndirib.

Bu barədə “Daily Mail” yazıb.

Onun sözlərinə görə, “Çelsi”nin hücum xəttinə transferləri qapıçının inamsız oyunu nəticəsində mənasız görünür.

“Hücumçulara dağ qədər pul xərcləyə bilərsən, ancaq qapıçın sadə topları tuta bilmirsə, bunun nə anlamı var? Kepanın 80 milyon avroya müqavilə imzalaması onu klubun İngiltərə Premyer Liqası tarixində ən anlamsız transferi edir. Torres və Şevçenko nümunələrindən danışmaq olar, lakin Arrisabalaqa hamısını üstələyir”, - deyə K.Satton bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri