22 
Sen
2020
07:00
24
330
5849
Virtual karabakh

Oğluna oyuncaq qumbara hədiyyə etdi, o isə uşağın əlində partladı

22 Sen, 2020
07:00
5849

Oğluna oyuncaq qumbara hədiyyə etdi, o isə uşağın əlində partladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ata oğluna qumbara maketi hədiyyə edib, o isə uşağın əlində partlayıb.

REN TV-nin məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib.

Məlumata görə, bağlamanın üzərində əşyanın  pirotexnik vasitə olduğu yazılmayıb, yaxud hansısa xəbərdarlıq olmayıb.

47 yaşlı ata 11 yaşlı oğluna oyuncağı hədiyyə edib, o isə qumbaranın halqasını dartanda partlayış baş verib.

Uşaq partlayış travması ilə xəstəxanaya yerləşdirilib. O, üzündən, bədənindən və əlindən çoxlu xəsarət alıb. Hazırda həkimlər onun  vəziyyətini qənaətbəxş hesab edirlər, uşağın həyatı üçün təhlükə yoxdur.

Hüquq mühafizəçiləri  baş verənlə əlaqədar yoxlamalara başlayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri