22 
Sen
2020
09:00
8
175
8284
Virtual karabakh

Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı, sonra uşaq arabası ilə birlikdə basdırdı - VİDEO

22 Sen, 2020
09:00
8284

Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı, sonra uşaq arabası ilə birlikdə basdırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ana şübhələrdən yayınmaq üçün əvvəlcə ölən körpəsini gəzdirib, sonra isə uşaq arabası ilə birlikdə məzarlıqda dəfn edib.

Dəhşətli hadisə Rusiyanın Serpuxov şəhərində yaşanıb.

REN TV hadisə günü ilə bağlı kadrları yayımlayıb. Videodan görünür ki, binadan əvvəlcə uşaq arabası ilə qadın, ardınca isə nənə çıxır. Onlar özlərini elə göstərirlər ki, guya  təmiz hava almaq üçün çıxıblar.

Bir müddət sonra qadın oğlunu uşaq arabası ilə bir yerdə basdırır.

Müstəntiqlər artıq uşağı qəbirdən çıxarıblar. Onun bədənində heç bir görünən zədə aşkarlanmayıb. Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.

Qadının sözlərinə görə, uşaq bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, körpə nənəsi ilə birlikdə çarpayıda yatıb, səhər isə uşağın nəfəs almadığını görüb.

Müstəntiqlər ananın həkim çağırıb uşağın həyatını xilas etməyə çalışmaq əvəzinə, birbaşa qəbiristanlığa yollanmasının səbəbini araşdırırlar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri