22 
Sen
2020
10:00
134
27
6661
Virtual karabakh

İki ölkəni qarışdıran və 74 uşağa təcavüzdə ittiham olunan müəllimlə bağlı qərar verildi - FOTO

22 Sen, 2020
10:00
6661

İki ölkəni qarışdıran və 74 uşağa təcavüzdə ittiham olunan müəllimlə bağlı qərar verildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsraillə Avstraliya arasında münasibətlərin gərginləşməsinə səbəb olan “Leifer sənədi” ilə bağlı qərar açıqlanıb. Belə ki, İsrail Ali Məhkəməsi Avstraliyadakı ittihamlardan sonra İsrailə qaçan müəllimin öz ölkəsinə təhvil verilməsi barədə hökm çıxarıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Qeyd edilir ki, Dassi Erlix, Nikol Meyer və Elli Sapper adlı üç bacı 2008-ci ildə Melbrun  Ortodoks məktəbində şagird olduqları illərdə müəllimləri Malka Leiferi təcavüzdə ittiham etmişdilər. Onların sözlərinə görə, müəllim başqa uşaqları da cinsi istismar edib. İttihamlardan sonra müəllim İsrailə qaçmışdı.

Adıçəkilən bacılar düz 10 ildir ki, onun vətənində mühakimə olunması üçün mübarizə aparırdılar.

Avstraliyada istintaq müddətində Leiferin ümumilikdə 74 uşağa təcavüz etdiyi müəyyən olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri