22 
Sen
2020
16:21
86
15
1343
Virtual karabakh

Tramp demokratlara səsləndi: “Buyurun, impiçment elan edin”

22 Sen, 2020
16:21
1343

Tramp demokratlara səsləndi: “Buyurun, impiçment elan edin”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin impiçment ultimatumuna münasibət bildirib.

TASS agentliyi xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə fikrini Ohayo ştatının Toledo şəhərində seçiciləri ilə görüşdə səsləndirib.

D.Tramp söyləyib ki, insanlar Nensi Pelosidən yorulub.

“Ali məhkəməyə namizəd olacaq şəxsin adını irəli sürən kimi onlar (Demokrat Partiyasını nəzərdə tutur – red.) mənə qarşı impiçment elan etmək istəyirlər. Halbuki konstitusiyaya uyğun olaraq, mən bunu həyata keçirməliyəm. Buyurun, elan edin. Mən onların bunu etmələrini istəyirəm”, - deyə D.Tramp öz nitqini tamamlayıb.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

D.Trampın seçkidə rəqibi demokratların namizədi Co Baydendir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri