23 
Sen
2020
08:00
5
77
4195
Virtual karabakh

Bəşəriyyətin ən böyük qorxuları açıqlanıb

Bəşəriyyətin əsas qorxuları iqlim dəyişikliyi, korrupsiya, yoxsulluq və münaqişədir.

TASS-ın məlumatına görə, bu barədə “BMT 75: istədiyimiz gələcək, ehtiyac duyduğumuz BMT” layihəsinin araşdırmasında bildirilib.

Sorğuda iştirak edənlərin 49 faizi planetdəki ekoloji vəziyyətin pisləşəcəyini, 41 faizi isə korrupsiyanın artacağını gözləyir.

Respondentlərin 87 faizi beynəlxalq əməkdaşlığın bu problemlərin öhdəsindən gəlməsində, o cümlədən pandemiyaya qarşı mübarizədə əsas rol oynadığına əmindir.

Qısamüddətli prioritet tələbatlar siyahısında səhiyyə, içməli su, gigiyena məhsulları və təhsilə yer verilib.

Uzunmüddətli perspektivdə isə əksəriyyət təhsilin ümumi əlçatanlığına və qadınlar üçün bərabər hüquqlara ehtiyac olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri