22 
Sen
2020
15:21
18
230
8351
Virtual karabakh

Kürəyindən bıçaqlanan gəncin yaşamaq uğrunda mübarizəsi kameralarda - VİDEO

22 Sen, 2020
15:21
8351

Kürəyindən bıçaqlanan gəncin yaşamaq uğrunda mübarizəsi kameralarda - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürəyindən bıçaqlanan 18 yaşlı gəncin yaşamaq uğrunda mübarizəsi kameralar tərəfindən qeydə alınıb.

“HaberGlobal”ın məlumatına görə, kadrlar Türkiyənin Afyonkarahisar şəhərində çəkilib.

Bildirilib ki, 18 yaşlı Kerem Arslan ilə 19 yaşlı Murad K. arasında münaqişə yaşanıb. Münaqişə davaya çevriləndə, iddiaya görə, Murad K. bıçaqla Arslanı kürəyindən bıçaqlayıb.

Hadisə yerindən qaçaraq qurtulmağa çalışan Arslanın iki dəfə yerə yıxılıb qalxması və qohumlarına xəbər verməyə çalışması müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda yerə yıxılan Arslanın qohumlarının maşınla gəlməsi və onu xəstəxanaya aparmaq üçün maşına mindirmələri görünür.

Lakin həkimlərin səyinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Murat K. hüquq mühafizəçiləri tərəfindən saxlanılıb. Hadisə ilə bağlı istintaqa başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri