22 
Sen
2020
14:25
21
97
1788
Virtual karabakh

Si Cinpini “kloun” adlandıran biznesmenə 18 il həbs cəzası verildi

22 Sen, 2020
14:25
1788

Si Cinpini “kloun” adlandıran biznesmenə 18 il həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinli təşəbbüskar, bloqer və dövlətə məxsus “Huayuan Real Estate Group” inşaat şirkətinin keçmiş rəhbəri Jen Zjiçian korrupsiya ittihamı ilə 18 il həbs cəzasına məhkum edilib.

Bu barədə “The New York Times” məhkəmənin qərarına istinadən xəbər yayır.

Jen Zjiçian ən az 131 milyon yuan (32 815 500 AZN) məbləğində mənimsəmə, rüşvət və digər cinayətlərdə təqsirli bilinir. Bundan əlavə, o, 4,2 milyon yuan (1 052 100 AZN) cərimə ödəməlidir.

Qeyd edilir ki, Jen Zjiçian 2020-ci ilin martında internetin Çin seqmentində Kommunist Partiyasının koronavirusa qarşı reaksiyanın tənqid edildiyi və ölkənin lideri Si Cinpinin “kloun” adlandırıldığı məqalə yayılandan sonra itkin düşüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri