23 
Sen
2020
04:46
16
127
3497
Virtual karabakh

Şahzadə Harri və Meqan Marklın oxşarları işsiz qalıb

23 Sen, 2020
04:46
3497

Şahzadə Harri və Meqan Marklın oxşarları işsiz qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şahzadə Harri və Meqan Marklın oxşarları evli cütlüyün Los-Ancelesə köçməsi ilə işsiz qalmalarından şikayətləniblər.

Bu barədə “The Sun” xəbər yayıb.

Nəşr bildirir ki, üç il əvvəl cütlük nişanlanandan sonra onların oxşarları bütün dünyada qastrol səfərlərində olub. Lakin məşhur cütlük Los-Ancelesə köçəndən sonra onlar işlərini itirib.

26 yaşlı Freddi Merlounun sözlərinə görə, Harriyə bənzərliyi çoxdur, ancaq sevgilisinin də Meqan Markla oxşaması onları cəmiyyətdə tanıdıb. Cütlük əvvəlcə fotosessiyalarda iştirak edib və bunu ciddi iş kimi qəbul etməyib.

Hazırda Freddi model agentliyi ilə işləyir, ancaq şahzadə Harrinin oxşarı kimi işləmək aktuallığını itirib.

Marklın bənzəri olan 39 yaşlı Daniel isə ofis meneceri işləyir. O, kraliyyət ailəsinin üzvlərinin ABŞ-a köçməsi ilə işsiz qaldıqlarını etiraf edir, ancaq şahzadənin xanımının ikinci hamiləliyinin onlara məşhurluğu yenidən qaytaracağını hesab edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri