22 
Sen
2020
15:16
51
211
1726
Virtual karabakh

Jirinovski: “ABŞ-dan yaxın onillikdə qurtulmaq lazımdır”

22 Sen, 2020
15:16
1726

Jirinovski: “ABŞ-dan yaxın onillikdə qurtulmaq lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi bildirib ki, 10-15 il sonra ABŞ bir dövlət kimi mövcud olmayacaq.

“RİA Novosti” agentliyi xəbər verir ki, rusiyalı siyasətçi bu barədə jurnalistlərə açıqlamasında söyləyib.

O, Donald Trampın Rusiyanın hipersəsli raket ideyasını başqa dövlətlərdən oğurlaması ilə bağlı iddialarına da cavab verib.

“Tramp, siz ixtiralarınızın tarixinə baxın! Bütün bu ixtiraları yəhudilər, almanlar və ruslar edib. Amerikalılar heç bir şeyə qadir deyillər. Onlar kovboylardır. “Pepsi Cola”, viski, tapança...Vəssalam. Bütün dünyanın nailiyyətlərini oğurlayan sizsiniz. Trampda bizdə olan raketlərdən daha güclüsü yoxdur”, - deyə qalmaqallı siyasətçi bildirib.

V. Jirinovski əlavə edib ki, ABŞ-dan yaxın onillikdə qurtulmaq lazımdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri