23 
Sen
2020
00:13
23
209
4002
Virtual karabakh

Koronavirusa görə “apokalipsis” payızı proqnozlaşdırılır

Amerikalı həkimlər SARS-CoV-2 koronavirus pandemiyasının şiddətlənməsi səbəbindən ABŞ üçün “apokalipsis” payızı proqnozlaşdırıblar.

Bu barədə CNN xəbər verib.

“Bunu təəssüflə deyirəm. Bu proqnoz çox sayda yoluxma hallarının olduğu yerlərdə təhsil müəssisələrini yenidən açmağımız, həmçinin federal hakimiyyət orqanlarının maska ​​taxmaq və digər tədbirlə bağlı bir söz deməmələri ilə bağlıdır”, - deyə Hyuston Tibb Universitetinin fakültələrindən birinin dekanı Piter Hotez bildirib.

Alabama Universitetinin İnfeksion Xəstəliklər Departamentinin direktoru Coanna Marazzo qarşıdakı payızın dünyanın sonu ilə müqayisə olunması ilə razılaşıb. Onun sözlərinə görə, yoluxma sayının artmasına səbəb insanların epidemiya ilə bağlı məhdudiyyətlərdən bezməsidir. Departament rəhbəri virusun fəaliyyəti, yayılma qabiliyyəti barədə saxta və ziddiyyətli mesajların da yoluxma sayının artmasında böyük rol oynadığını qeyd edib.

Statistikaya görə, ABŞ-ın 28 ştatında yoluxma hallarında artım müşahidə olunur. Ölkə yoluxma (6.8 milyondan çox) və ölənlərin sayına görə (200 mindən çox) dünyada birinci yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri