23 
Sen
2020
14:59
16
149
5725
Virtual karabakh

İngiltərədə “super yoluxduran” təlaşı: Biznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTO

23 Sen, 2020
14:59
5725

İngiltərədə “super yoluxduran” təlaşı: Biznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londondan Hanoy şəhərinə gedən Nga Nguyen adlı iş qadını Vyetnam Hava Yollarına məxsus bir reysdə sərnişinlərə koronavirus yoluxdurub.

“HaberGlobal”ın məlumatına görə, bu, Böyük Britaniyada aparılan araşdırmalar zamanı üzə çıxıb.

Gənc qadının səyahət yolunu izlədikdə, onun “super yoluxduran” olduğu müəyyən edilib. Belə ki, tədqiqatlar zamanı qadının təyyarədə ümumilikdə 14 sərnişin və iki heyət üzvünə koronavirus yoluxdurduğu ortaya çıxıb.

Bundan başqa, 27 yaşlı biznes-ledinin koronavirus testinin cavabı müsbət çıxmazdan əvvəl “Gucci” və “Saint Laurent” podiumlarına qatıldığı bildirilir.

Hesabat dərc olunandan sonra moda həftələrinə qatılan yüzlərlə insan Milan və Parisdən qayıtdıqdan sonra karantinə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri