23 
Sen
2020
11:53
140
19
1139
Virtual karabakh

Navalnı xəstəxanadan evə buraxıldı

23 Sen, 2020
11:53
1139

Navalnı xəstəxanadan evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı Almaniyanın paytaxtı Berlində müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə onun müalicə aldığı “Charite” xəstəxanasının rəsmi saytı məlumat yayıb.

Xəstəxananın yaydığı məlumatda qeyd olunur ki, Aleksey Navalnı “Charite” klinikasında 32 gün müalicə alıb, bunun 24 gününü o, reanimasiyada keçirib.

A.Navalnının müalicəsini aparan mütəxəssislər hesab edir ki, xəstənin mövcud vəziyyəti onun tam sağalacağını deməyə əsas verir.

Qeyd edək ki, rusiyalı müxalifətçi, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib.

O, Omsk xəstəxanasında qaldıqdan bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

Almaniya A. Navalnıdan götürülən nümunələr üzərində aparılan toksikoloji testlərdə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddənin izlərinin tapıldığını bəyan edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri