23 
Sen
2020
13:18
15
92
2878
Virtual karabakh

Amerikalı jurnalistin Türkiyədə sirli ölümü ilə bağlı görüntülər yayılıb - VİDEO

23 Sen, 2020
13:18
2878

Amerikalı jurnalistin Türkiyədə sirli ölümü ilə bağlı görüntülər yayılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı sənədli film rejissoru və araşdırmaçı jurnalist Andre Vltçek Türkiyənin İstanbul şəhərində Karaköy bölgəsində avtomobilində ölüb.

“HaberGlobal”ın məlumatına görə, çex əsilli jurnalistin sirli ölümü ilə bağlı kamera görüntüləri ortaya çıxıb.

Məlumata görə, 57 yaşlı Vltçek həyat yoldaşı İndira ilə birlikdə Samsun vilayətindən İstanbula getmək üçün maşın icarəyə götürüb. Səfər zamanı onları iki sürücü də müşayiət edib. Səhər saat 5:30-da cütlük Karaköydə qalmağı planlaşdırdıqları hotelə gəldikdə İndira Vltçek ərini oyatmağa çalışıb. Ancaq jurnalist cavab verməyib.

Arvadı və sürücülər təcili yardım çağırıb. Hadisə yerinə gələn həkim qrupu jurnalistin öldüyünü bildirib.

Kadrlarda VİP maşının hotelin önünə yaxınlaşması, maşından düşənlərin hotel əməkdaşları ilə danışması və bir müddətdən sonra tibb işçilərinin gələrək maşının içindəki şəxsə tibbi müdaxilə etdiyi görünür.

Polis hadisəni “şübhəli ölüm” kimi qeydə alaraq istintaqa başlayıb.

Vltçek Peru, Meksika, Bosniya, Hindistan və Konqo da daxil olmaqla müxtəlif ölkələrdəki hərbi münaqişələri işıqlandırırdı.

O, jurnalistlikdən əlavə rejissor, fotoqraf və dramaturq kimi də tanınıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri