24 
Sen
2020
11:12
259
80
1566
Virtual karabakh

Qazaxıstan ölüm cəzasını ləğv etdi

24 Sen, 2020
11:12
1566

Qazaxıstan ölüm cəzasını ləğv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Millətlər Təşkilatının qərargahında Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğv edilməsinə yönəlmiş Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktına dair protokola imza atıb.

“Kazinform” bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər yayıb.

Ölüm cəzasının ləğvi ilə bağlı beynəlxalq protokola qoşulma qərarını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci ildönümü sessiyasının ümumi siyasi müzakirələrində bəyan edib.

J.Tokayev öz çıxışında bildirib ki, Qazaxıstan insanların yaşayış və ləyaqətlərinin təməl hüququnu həyata keçirməyə sadiqdir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri