24 
Sen
2020
14:08
41
18
1437
Virtual karabakh

“Mars” irqi ayrı-seçkiliklə mübarizə çərçivəsində məşhur brendinin adını dəyişəcək

24 Sen, 2020
14:08
1437

“Mars” irqi ayrı-seçkiliklə mübarizə çərçivəsində məşhur brendinin adını dəyişəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Mars” şirkəti irqi stereotiplərə qarşı mübarizə çərçivəsində “Uncle Bens” ticarət markasının adını “Bens Original” olaraq dəyişdirməyə qərar verib.

RBK-nın xəbərinə görə, bununla bağlı şirkətin saytında məlumat verilib.

Bundan başqa, şirkət düyü qutularının üzərində qaradərili kişinin şəklini çıxarmaqla markanın logosunu yeniləyəcək.

Yeni qablaşdırılmada olan məhsullar gələn ildən mağazalara veriləcək.

Qeyd edək ki, “Mars” bir müddət öncə afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-da baş verən kütləvi “Black Lives Matter” (“Qaradərililərin Həyatı Önəmlidir”) etirazları fonunda bir neçə məhsulun markasını dəyişdirmək planlarını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri