25 
Sen
2020
01:29
6
141
1804
Virtual karabakh

Koronavirus Parkinson xəstəliyinə səbəb ola bilər

25 Sen, 2020
01:29
1804

Koronavirus Parkinson xəstəliyinə səbəb ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus Parkinson xəstəliyi riskini artırmaq qabiliyyətinə malikdir.

“İzvestiya”nın məlumatına görə, Avstraliyanın Flori İnstitundan olan neyrobioloqlar qrupu belə bir qənaətə gəlib.

Mütəxəssislər müxtəlif amillərin xəstəliyin başlanmasına necə təsir etdiyini anlamaq üçün “ikiqat zərbə fərziyyəsi”ni təqdim ediblər.

Ehtimal olunur ki, ilkin virus infeksiyası neyronların iltihabına səbəb ola bilər və bu, beyni növbəti güclü nevroloji hadisəyə həddindən artıq cavab reaksiyasına hazırlayır.

İkinci zərbə neyronların anormal reaksiyaları ilə nəticələnir, ardınca da neyrodeqradasiya başlayır. Bu isə nəticədə Parkinson xəstəliyinə səbəb olur.

Alimlər, SARS-CoV-2-nin neyrotrop bir virus (beyin toxumasını zəbt etmə qabiliyyətinə malik) olduğunu göstərən məqalələrə də diqqət çəkiblər. Belə məqalələrin günü-gündən artığı qeyd olunur. Onlar hesab edirlər ki, bu tədqiqatlar zamanı üzə çıxan faktlar koronavirusun Parkinson xəstəliyinin inkişafı üçün bir tətikləyici ola biləcəyini göstərir.

Bundan başqa, 1918-ci ildə olan “İspan qripi” epidemiyasına dair məlumatlar da “ikiqat zərbə fərziyyəsi”nə  dəlil gətirilib. Həmin vaxt pandemiyanın bitməsindən beş il sonra Parkinson xəstələrinin sayı təxminən üç dəfə artmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri