24 
Sen
2020
16:55
23
293
1504
Virtual karabakh

Zelenski: “Ukraynada koronavirusun ikinci dalğası yaşanır”

24 Sen, 2020
16:55
1504

Zelenski: “Ukraynada koronavirusun ikinci dalğası yaşanır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndi koronavirusla bağlı vəziyyət bütün dünyada gərginləşib, Ukrayna da istisna deyil.

“İnterfaks-Ukraina”nın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, Ukraynada koronavirusun ikinci dalğasının yaşandığını qeyd edib.

“Buna görə əcnəbi vətəndaşların gəlişi qadağandır. Mən düşünürəm ki, bu, düzgün qərardır. Biz bu qərarı birinci dalğa başlananda qəbul etmişdik, bunu dayandıra bildik.

O vaxt 40 milyon Ukrayna vətəndaşından 100-dən 300-ə qədər yoluxmamız vardı. İndi bizdə gündəlik 3 000 yoluxma olur. Təəssüf ki, bu, elə ikinci dalğadır”, - deyə V.Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri