26 
Sen
2020
07:00
126
44
4737
Virtual karabakh

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb: Narkotiki alt paltarında saxlayırmış

26 Sen, 2020
07:00
4737

Narkokuryerlər şəbəkəsinə rəhbərlik edən 90 yaşlı nənə saxlanılıb: Narkotiki alt paltarında saxlayırmış

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanin Çelyabinks şəhərindən olan 90 yaşlı nənə heroin saxlamaq və narkokuryerlər şəbəkəsini idarə etmək ittihamı ilə nəzarətə alınıb.

Bu barədə REN TV xəbər yayıb.

Təqaüdçü qadın narkotik satışını köməkçilərinin vasitəsi ilə həyata keçirib. Onlardan birinin tutulmasından sonra yaşlı qadının izinə düşmək mümkün olub.

Bildirilir ki, nənə alıcıya narkotik satandan sonra ələ keçib. O, evinin yanında mikroavtobusdan düşərkən polislər tərəfindən saxlanılıb.

Qadın əvvəlcə hər şeyi inkar edib. Elə hüquq mühafizəçilər də araşdırma apararkən onun üzərindən dərhal narkotik aşkarlaya bilməyiblər. Lakin sonradan məlum olub ki, heroini o, alt paltarında gizlədibmiş.

Təqaüdçü ilə bağlı məhkəmə ev dustaqlığı növündə qabaqlayıcı tədbir seçib.

Qeyd edək ki, Rusiya qanununlarına görə, narkotik maddələrin geniş miqyasda satılmasına 10 ildən 20 ilədək həbs cəzası nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri