27 
Sen
2020
04:16
186
26
1930
Virtual karabakh

Floridada COVID-19-la bağlı bütün məhdudiyyətlər aradan qaldırıldı

27 Sen, 2020
04:16
1930

Floridada COVID-19-la bağlı bütün məhdudiyyətlər aradan qaldırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatının rəsmiləri koronavirusa qarşı tətbiq edilmiş bütün məhdudiyyətlərin aradan qaldırılması haqqında qərar qəbul ediblər.

Bu barədə “The Hill” məlumat yayıb.

“Ştat tərəfindən  qoyulmuş heç bir məhdudiyyət qüvvədə olmayacaq”, - Florida ştatının qubernatoru Ron Desantis bildirib.

Qubernator həmçinin hakimiyyətin yoluxma hallarındakı mümkün artıma hazır olduğunu qeyd edib.

Qadağaların aradan qaldırılması ilk növbədə pandemiya dövründə bir neçə dəfə açılıb-bağlanan bar və restoranlara aiddir.

Bununla yanaşı, R.Desantis futbol klublarını öz azarkeşlərini stadionlara buraxmağa çağırıb.

Qubernator koronavirusun hələ də böyük problem olaraq qaldığını, lakin ştatın infeksiyaya nəzarət üçün öz “alətləri” olduğunu vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri