27 
Sen
2020
08:10
86
31
2323
Virtual karabakh

“Johnson&Johnson”un koronavirusa qarşı vaksini davamlı immun cavab reaksiyasına səbəb olub

27 Sen, 2020
08:10
2323

“Johnson&Johnson”un koronavirusa qarşı vaksini davamlı immun cavab reaksiyasına səbəb olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Johnson&Johnson” şirkəti tərəfindən hazırlanan koronavirusa qarşı peyvənd klinik sınaqların ikinci mərhələsində davamlı immun reaksiyaya səbəb olub.

Müvafiq məlumat “medRxiv” elektron elmi kitabxanasının veb saytında təqdim olunub.

Bildirilir ki, testlərdə iki qrupda 800 nəfər iştirak edib. Birincisinə 18-55 yaş, ikincisinə isə 65 yaşdan yuxarılar daxil olub. Alimlər əldə edilən nəticələrin ilkin olduğunu və müstəqil ekspertlər tərəfindən hələ təsdiqlənmədiyini qeyd edirlər.

Elm adamları peyvənddən 29 gün sonra klinik sınaqlarda iştirak edənlərin 99%-də koronavirusa qarşı anticisimlərin meydana gəldiyini aşkar ediblər. Eyni zamanda, qızdırma, baş ağrısı, zəiflik, bədənin ağrısı və birbaşa inyeksiya yerində olan yan təsirlər mülayim, yaxud orta dərəcədə olub və bir-iki gün ərzində itib. Alimlər test nəticələrinin peyvəndin inkişafının davam etməsinə imkan verdiyini vurğulayırlar.

Qeyd olunur ki, “Johnson&Johnson” peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsinə başlayıb. Tədqiqata üç qitədən, səkkiz ölkədən 60 min könüllü iştirak edir. Şirkət ümid edir ki, peyvənd effektivliyini və təhlükəsizliyini sübut edərsə, ilk partiyalar 2021-ci ilin əvvəlində sertifikatlaşdırmaya hazır olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri