26 
Sen
2020
12:04
15
68
1266
Virtual karabakh

Britaniya Trampın fəaliyyətinə görə ÜST-ə yardım edəcək

26 Sen, 2020
12:04
1266

Britaniya Trampın fəaliyyətinə görə ÜST-ə yardım edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya qarşıdakı dörd il ərzində Ümumdünya Səhiyyə Təşkilatına 340 milyon funt sterlinq vəsait ayıracaq.

“The Telegraph”ın məlumatına görə, bu sözləri BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışında Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Britaniyanın ayırdığı məbləğ əvvəlki illərdəkindən 30 faiz artıq olacaq. Bu yolla ÜST-dən çıxmaq və maliyyələşməsini dayandırmaq qərarına gələn Donald Trampın fəaliyyətlərinin verdiyi itki kompensasiya ediləcək. Vəsait ayrılması ÜST-ün gələcək fəaliyyətindən, həmçinin qurumun pandemiyanın əvvəlində tənqidlərə məruz qaldığı sahələrdə islahatlar aparıb-aparmayacağından asılı olacaq.

Daha 500 milyon funt dünyanın ən kasıb 92 ölkəsinə yardım məqsədilə xərclənəcək. Vəsait sözügedən ölkələrin peyvəndlə təmin edilməsi və infeksiya ilə mübarizəsinə yönəldiləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri