26 
Sen
2020
21:39
69
35
1867
Virtual karabakh

“Charlie Hebdo”nun keçmiş binasının yaxınlığındakı hücumun səbəbi açıqlandı

26 Sen, 2020
21:39
1867

“Charlie Hebdo”nun keçmiş binasının yaxınlığındakı hücumun səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın paytaxtı Parisdə insanlara silahlı hücumun səbəbləri məlum olub.

“Liberation” xəbər verir ki, “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığında insanlara silahlı hücumda şübhəli bilinənlərdən biri bunun səbəbini deyib.

Həmin şəxs etirafında bildirib ki, Məhəmməd peyğəmbərlə bağlı köhnə karikaturanın təkrar nəşr edilməsi onu cinayətə sövq edib.

Qeyd edilir ki, Fransa hökuməti 25 sentyabr hadisəsini terror kimi qəbul etdiyini bildirib.

Xatırladaq ki, dünən Parisdə “Charlie Hebdo”nun keçmiş binasının yaxınlığında iki kişinin piyadalara maçete ilə hücumu nəticəsində dörd nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri