28 
Sen
2020
14:24
93
183
1946
Virtual karabakh

Trampın keçmiş meneceri intihara cəhd edib

28 Sen, 2020
14:24
1946

Trampın keçmiş meneceri intihara cəhd edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyul ayına qədər ABŞ Prezidenti Donald Tramp üçün seçki kampaniyasının meneceri olan siyasi məsləhətçi Bred Parskeyl intihara cəhd etdikdən sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə “Sun Sentinel” qəzeti məlumat verib.

Bildirilir ki, intihara cəhd barədə polislərə Parskeylin həyat yoldaşı xəbər verib. O, Fort Loderdeyl şəhərindəki evində olan ərinin silahlı olduğunu və özünü öldürməklə hədələdiyini deyib.

Polis kişini evdən çıxmağa razı salıb. Bundan sonra o, xəstəxanaya yerləşdirilib.

Qəzetin yazdığına görə, seçki kampaniyası çərçivəsində bir sıra tədbirlərin təşkilindən məmnun olmayan Tramp iyul ayında Parskeylin vəzifəsini aşağı salıb.

İddia olunur ki, keçmiş menecer seçki kampaniyasının keçirilməsi üçün ayrılmış milyonlarla dollar vəsaiti öz firmalarının hesabına keçirməsinə görə tənqid edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri