30 
Sen
2020
20:36
470
176
5636
Virtual karabakh

Gürcüstanda hakim və müxalif tərəfdarlar arasında dava: yaralılar var

30 Sen, 2020
20:36
5636

Gürcüstanda hakim və müxalif tərəfdarlar arasında dava: yaralılar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda hakim partiya və müxalifət tərəfdarları arasında dava düşüb.

“Rustavi 2 TV” xəbər verir ki, Gürcüstanın Marneuli şəhərində hakim “Gürcüstan Arzusu” partiyası ilə müxalif “Vahid Milli Hərəkat” partiyası tərəfdarları arasında dava baş verib, nəticədə jurnalistlər də daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Zərərçəkənlərin xəstəxanaya aparıldığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə nəticəsində heç kimin tutulmadığını, lakin şöbənin araşdırmaya başladığını açıqlayıb.

Qeyd edək ki, Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri keçiriləcək.

Sosial sorğuların nəticələrinə görə, “Gürcüstan Arzusu” siyasi partiyalar siyahısında ən yüksək sırada qərar tutur, onun ardınca “Vahid Milli Hərəkat” gəlir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri