30 
Sen
2020
12:50
1409
137
16297
Virtual karabakh

Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu

30 Sen, 2020
12:50
16297

Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Qarabağa döyüşmək üçün yollanmaq istəyib, ancaq ona “hələ ehtiyac yoxdur” deyilərək döyüşlərdə iştirak etməsinə ailəsi tərəfindən icazə verilməyib.

Bu barədə “Sputnik” xəbər yayıb.

Maraqlıdır ki, Ermənistanda 55 yaşa qədər olan zabitlərin, gizirlərin və ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyi elan edilib, yaşlılar belə döyüş bölgəsinə göndərilir, ancaq hökumət başçısının həyat yoldaşı Anna Akopyan ordudan cəmi bir neçə ay öncə tərxis olunan oğluna cəbhə bölgəsində hələ “ehtiyac olmadığını” bildirib.

Yeri gəlmişkən bir gün əvvəl Paşinyanın arvadı Anna Akopyan Xankəndində olub. Görünür, orada şahidi olduğu dəhşətli mənzərə də oğluna hələ orduda “ehtiyac olmadığı” hissini yaradıb.

Ümumiyyətlə, dünən Ermənistanda bir sıra nazir oğullarının Qarabağa döyüşmək üçün yollandığı barədə xəbər yayılmışdı, ancaq maraqlıdır ki, bu gedənlərdən bir nəfərinin də adı açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri