30 
Sen
2020
16:12
339
76
2310
Virtual karabakh

İsraildə Netanyahu əleyhinə nümayişlər məhdudlaşdırıldı

30 Sen, 2020
16:12
2310

İsraildə Netanyahu əleyhinə nümayişlər məhdudlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsraildə COVID-19-a qarşı mübarizə çərçivəsində karantin müddətində etirazları məhdudlaşdırmaqla bağlı qanun layihəsi qəbul edilib.

“Anadolu” agentliyi xəbər verir ki, artıq əhali evlərindən bir kilometr məsafədə olan nümayişdə iştirak edə biləcək.

Bu qərarla şəhər xaricindən və şəhərin ucqar bölgələrindən gələn etirazçıların Baş nazir Binyamin Netanyahunun Qərbi Qüdsdəki iqamətgahı qarşısında dörd aydan çox davam edən etirazlarının dayandırılmasına şərait yaranıb.

İsrail müxalifləri bu qərara reaksiya verərək, etirazların məhdudlaşdırılmasının ölkə demokratiyasına zərər verdiyini və Netanyahunun COVID-19 bəhanəsi ilə siyasi maraqlarına xidmət etdiyini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri