Okt
2020
09:05
76
540
6035
Virtual karabakh

Cərrah gizli şəkildə insan sümüklərindən kolleksiya toplayıb

1 Okt, 2020
09:05
6035

Cərrah gizli şəkildə insan sümüklərindən kolleksiya toplayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük britaniyalı cərrah Derek Makminn gizli şəkildə insan sümüklərindən kolleksiya yığıb.

Xəbəri “The Independent” nəşri yayıb.

D.Makminn siyasətçiləri, idmançıları və məşhurları müalicə etməsi ilə tanınır.

Məlum olub ki, cərrah çanaq-bud oynaqlarının protezlənməsi zamanı götürülən sümükləri öz malikanəsində və Birmenqemdə olan ofisində saxlayıb.

Maraqlıdır ki, cərrah kolleksiyanı 1990-cı illərin əvvəlindən toplayıb və sümüklərini çıxardığı xəstələrinin bu barədə fikirlərini öyrənməyib.

Cərrahın çalışdığı xəstəxanadakı həmkarları onun qəribə hobbisindən xəbərdar olub, hətta ona dəstək də veriblər.

D.Makminn bildirib ki, sümükləri təqaüdə çıxdıqdan sonra zehnini iti saxlamaq məqsədi ilə təhqiq edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri