Okt
2020
10:41
46
192
3933
Virtual karabakh

Koronavirusun mövsümiliyi barədə ÜST-dən açıqlama

1 Okt, 2020
10:41
3933

Koronavirusun mövsümiliyi barədə ÜST-dən açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu mövsümi xəstəlik saymır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove onlayn brifinq zamanı deyib.

Onun sözlərinə görə, ümumiyyətlə yoluxucu infeksiya dalğaları müzakirə olunduqda, bu cür xəstəliklərin mövsümi olduğu görünür (qripdə olduğu kimi). Onun fəallığı Şimal və Cənub Yarımkürələrində qış aylarında infeksiyaların artmasında əks olunur.

“Amma biz hələ ki, bu virusda (SARS-CoV-2) mövsümilik görmürük. O, hər şəraitdə, iqlimdə və bölgələrdə dövr edir”, - deyə mütəxəssis vurğulayıb.

Van Kerkhove bəzi ölkələrdə infeksiya sayının artmasının məhdudlaşdırıcı tədbirlərin götürülməsi ilə əlaqəli olduğunu izah edib. Belə ki, səlahiyyətlilər yoluxmanın pikini azalda və infeksiyanın yayılmasını nəzarət altına ala bilirlər, lakin, karantin yumşaldıqdan sonra xəstəlik yenidən yayılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri