Okt
2020
23:31
2672
164
20533
Virtual karabakh

Çavuşoğlu Lavrova: Azərbaycan torpaqlarının işğalı dayandırılmasa, atəşkəsin mənası olmayacaq - YENİLƏNİB

“Anadolu” agentliyi Rusiya və Türkikiyə Xarixi işlər nazirlərinin danışıqlarının yeni detallarını açıqlayıb. 

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin daimi həlli tapılmasa və işğal başa çatmasa atəşkəsin mənası olmayacaq.

Qeyd edək ki, Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı oktyabrın 1-də baş tutub.

Agentliyin məlumatına görə, Çavuşoğlu rusiyalı həmkarına qalıcı bir sülh razılaşması olmayacağı təqdirdə atəşkəs əldə olunsa belə, toqquşmaların yenidən başlayacağını deyib.

20:53

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu başqa ölkələrdən olan silahlıların Dağlıq Qarabağdakı münaqişəyə qarışmasının yolverilməz olduğunu vurğulayıblar.

TASS Rusiya XİN-ə istinadən xəbər verir ki, bu məsələ iki nazirin telefon danışığında müzakirə olunub.

Nazirlər həmçinin Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən ciddi narahatlıqlarını ifadə edib və hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıblar.

Hər iki diplomat Bakı və İrəvana siyasi və diplomatik yardımın göstərilməsi baxımından son dərəcə balanslı addımların atılması tələbini qeyd ediblər.

S. Lavrov Türkiyənin xarici işlər naziri ilə söhbətində, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib.

XİN başçıları Qarabağdakı vəziyyətin sabitləşməsi üçün iki ölkənin öz hərəkətlərini birgə koordinasiya etməli olduğunun vacibliyi qeyd ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri