14 
Okt
2020
04:05
55
862
6520
Virtual karabakh

Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı

14 Okt, 2020
04:05
6520

Danimarkada koronavirus səbəbindən su samurlarının kütləvi məhvinə başlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Danimarkada ölkənin şimalındakı ən azı 63 fermada heyvanlar arasında yoluxma faktının müəyyənləşməsindən sonra 2,5 milyon su samurunun kütləvi məhvinə başlanılıb.

Bu barədə rg.ru xəbər verir.

Danimarka Baytarlıq Xidmətinin mütəxəssisləri tərəfindən SARS-CoV-2 virusuna yoluxan su samurlarının məhvinə başlanılıb. Qurumdan bildirilib ki, yoluxma ərazisindən səkkiz kilometr radiusda yerləşən ferma sahibləri özləri heyvanları peyvənd etdirməlidir.

Rəsmilər virusun yoluxma dərəcəsindən asılı olaraq müddətin bir neçə ay davam edə biləcəyini bildiriblər. Su samurlarının məhvi insidentlə müşayiət olunub.

“Associated Press” yerli polis bölməsinə istinadən xəbər verir ki, fermerlərdən biri səlahiyyət sahiblərinin əraziyə daxil olmasına icazə verməyib, buna görə mütəxəssislər qapının kilidini qırmalı olublar.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları iki fermanın ətrafında toplaşan nümayişçiləri dağıdıblar. Mütəxəssislər su samurlarının koronavirusa necə yoluxduqlarını və ölümcül xəstəliyin insanlara yoluxma ehtimalını anlamağa çalışırlar. Bəzi heyvanların virusa yoluxması koronavirus aşkarlanan işçilərdən də ola bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri