15 
Okt
2020
06:20
66
250
2957
Virtual karabakh

Niderlandda sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlar üçün evtanaziya ilə bağlı məsələyə baxılacaq

15 Okt, 2020
06:20
2957

Niderlandda sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlar üçün evtanaziya ilə bağlı məsələyə baxılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderland hökuməti evtanaziyanın 1-12 yaş arası sağalmaz xəstəlikdən əziyyət çəkən uşaqlara tətbiq edilməsinə icazə verilməsi barədə məsələyə baxacaq.

Bu barədə “National Review” xəbər yayıb.

Buna bənzər təşəbbüs ölkənin Səhiyyə naziri Uqo de Yonqe tərəfindən irəli sürülüb. Bu layihəyə yalnız fiziki cəhətdən əziyyət çəkən xəstə uşaqların cəlb olunacağı ehtimal edilir. Onun sözlərinə görə, il ərzində təxminən 5-10 belə xəstə prosedurdan keçə bilər.

Hazırkı vaxtda evtanaziya ölkədə 12 yaşdan yuxarı insanlar, həmçinin bir yaşadək körpələr üçün müəyyən şərtlər altında leqallaşdırılıb.

Aprel ayında Niderland Ali Məhkəməsi həkimlərin öncədən yazılı açıqlama verdikləri təqdirdə, inkişaf prosesi gedən xəstələri evtanasiya edə biləcəyinə qərar verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri