15 
Okt
2020
09:00
21
676
14267
Virtual karabakh

Dörd yaşlı oğlunu asan rusiyalı müəllim cinayətin səbəbini açıqladı - FOTO

15 Okt, 2020
09:00
14267

Dörd yaşlı oğlunu asan rusiyalı müəllim cinayətin səbəbini açıqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dörd yaşlı oğlunu asan rusiyalı qadın cinayətin səbəbini izah edib.

Bu barədə “Komsomolskaya pravda” xəbər yaıb.

Qadının sözlərinə görə, hadisə günü o yaşamaq istəməyib, ancaq suisidial fikirlərini özündən uzaqlaşdırmağa çalışıb, bunun üçün balaca oğlu ilə şeir öyrənməyə başlayıb. Hansısa anda özünə qəsd fikirləri qayıdıb.

Uşağı öldürmə fikri qəfil yaranıb.

“Birdən ərimə yazığım gəldi. Mənsiz oğlumla necə başa çıxacaq? Bu vaxt oğlumu boğmaq qərarına gəldim. Ancaq özümü öldürə bilmədim, buna çox təəssüf edirəm”, - deyə 43 yaşlı qadın bildirib.

Nəşrin məlumatına görə, ailədə ümumilikdə dörd uşaq olub. Böyüyü – 19 yaşlı oğlu Moskva Aviasiya Universitetində oxuyur və ayrı yaşayır. 13 və 16 yaşlı qızları hadisə günü ataları ilə gəzməkdə olublar. Axşama ailəlikcə şam yeməyi planlaşdırılmışdı və kişi mağazadan çoxlu şirniyyat almışdı. Evə gəldikdən sonra kişi və qızları giriş qapısını aça bilməyiblər, qadın onları içəri buraxmaqdan imtina edib. Ailə yarım saat dəhlizdə qalıb. Qadın onları evə buraxdıqda kişi dərhal uşaq otağına girib və oğlunu öz göy rəngli kalqotkasında asılmış vəziyyətdə görüb.

Bildirilir ki, birinci oğlu dünyaya gələndən sonra qadında depressiya yaranıb. Həmin vaxt o, psixiatrik xəstəxanaya yerləşdirilib.

Növbəti dəfə 2012-ci ildə o, yenidən  xəstəxanaya qayıdıb. Bu dəfə öz çəkisi ilə bağlı narazılıq fonunda depressiya yaranmışdı. Həmin vaxt o, özünü və uşaqlarını öldürmək istəyirdi.

2020-ci ildə onun vəziyyəti ağırlaşıb və qadın həkimin ona yazdığı antidepressantları içməyə başlayıb.

Müəllim uşağı öldürməkdə ittiham olunur. O, 20 il müddətinə azadlıqdan məhrum edilə bilər. Qadın üçün psixiatrik ekspertiza təyin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri