16 
Okt
2020
03:50
122
540
16580
Virtual karabakh

Sovet generalının arvadı qaynar suda boğularaq ölüb

16 Okt, 2020
03:50
16580

Sovet generalının arvadı qaynar suda boğularaq ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sovet aviasiyasının general-mayoru İvan Qlaqolevin arvadı Moskvadakı mənzilində qaynar suda boğularaq ölüb.

Bu barədə “Moskovski Komsomolets” xəbər verib.

Məlumata görə, 90 yaşlı Aleftina Qlaqolevanın qonşuları qəza xidməti ilə əlaqə saxlayaraq evlərini su basdığını bildiriblər. Gələn qrup sızıntının mənzillərdən birində baş verdiyini müəyyənləşdirib, ancaq heç kim qapını açmadığı üçün suyu bağlamaq məcburiyyətində qalıblar. Bir müddət sonra ev sahibəsinin nəvəsi gəlib. Lakin mənzilə girə bilmədiyi üçün xilasediciləri və polisi çağırmalı olub.

Qapı açıldıqda mətbəxlə dəhliz arasında yerdə həyat əlamətləri olmayan təqaüdçü qadın aşkarlanıb. Qadının bədənində qaynar sudan yanma əlamətləri görünüb. Mənzildə o qədər buxar olub ki, nəfəs almaq mümkün olmayıb.

Məlumata görə, yaşlı qadının mənzilinin tualetində isti su borusu partlayıb. Ehtimal ki, qadın qorxub və təzyiqi qalxdığı üçün yıxılıb, bu vaxt isə mənzili qaynar su basıb.

Yaxınlarının dediklərinə görə, Aleftina Qlaqoleva 2018-ci ildə ərinin ölümündən sonra tək yaşayıb. Səhhətində problemlər olub. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri