16 
Okt
2020
16:42
69
248
4868
Virtual karabakh

ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı

16 Okt, 2020
16:42
4868

ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri hazırda COVİD-19-un müalicəsində istifadə olunan dərmanları araşdırıblar. Onların qənaətinə görə, “Remdesevir”, “Hidroksixloroxin”, “Lopinavir” və “Interferon”un praktiki olaraq heç bir xeyri yoxdur.

Bu barədə təşkilatın apardığı araşdırmaya istinadən “Financial Times” məlumat yayıb.

Sözügedən dərmanlar ÜST “Həmrəylik” beynəlxalq çox mərkəzli randomizə olunmuş klinik sınaqların bir hissəsi olaraq test edilib. ÜST-ə görə bu dərmanların heç biri COVİD-19-dan ölümü və ya ağciyərlərin süni tənəffüs cihazına qoşulma riskini azaltmır.

Tədqiqat 11 mindən çox xəstənin müalicəsindən alınan materiallar üzərində aparılıb.

Həkimlər hələ ki, bu araşdırmanı qiymətləndirməyiblər.

Xatırladaq ki, oktyabrın əvvəlində koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp “Remdesivir” qəbul edib. İyul ayında ÜST-ün Baş elmi əməkdaşı Sumiya Svaminatan adıçəkilən preparatı koronavirus üçün yeganə ümidverici dərman adlandırıb. 

ABŞ, Yaponiya, Koreya Respublikası, Hindistan, İsrail, Böyük Britaniya da daxil olmaqla bir çox ölkədə “Remdesivir”in koronavirus xəstələrinin müalicəsində istifadəsi rəsmi olaraq təsdiqlənib. Başlanğıcda vasitə “Hepatit C” və digər xəstəliklərin müalicəsi üçün hazırlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri