16 
Okt
2020
22:38
371
39
2925
Virtual karabakh

Jeenbekova Qırğızıstanın eks-prezident statusu verildi

16 Okt, 2020
22:38
2925

Jeenbekova Qırğızıstanın eks-prezident statusu verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğızıstan prezidenti vəzifəsini icra edən Baş nazir Sadır Japarov, istefada olan keçmiş dövlət başçısı Sooronbay Jeenbekova eks-prezident statusu və bir sıra imtiyazlar verilməsi barədə fərman imzalayıb.

TASS-ın məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Fərman imzalandığı andan qüvvəyə minir.

Fərmana görə, Jeenbekov ömür boyu dövlət müdafiəsi, “Ala-Arça” dövlət iqamətgahı ərazisində yaşamaq hüququ, xidməti avtomobil və xüsusi klinikada pulsuz tibbi yardım ilə təmin olunacaq.

Jeenbekov oktyabrın 15-də istefasını elan edib. Qanuna görə, parlamentin spikeri Kanat İsayev dövlət başçısı vəzifəsini icra etməli idi. Lakin o, imtina etdiyi üçün səlahiyyətlər Baş nazir Japarova keçib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri