16 
Okt
2020
21:59
512
72
3067
Virtual karabakh

Ronaldu: “Vaxt öldürmək üçün günəş vannası qəbul edirəm”

16 Okt, 2020
21:59
3067

Ronaldu: “Vaxt öldürmək üçün günəş vannası qəbul edirəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxan “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu COVID-19-un bütün protokol qaydalarına riayət etdiyini bildirib.

Qeyd edək ki, tanınmış italiyalı immunoloq Antonella Viola Kriştianu Ronaldunu karantin qaydalarına riayət etmədiyinə görə tənqid etmişdi.

“Ailəm evin başqa mərtəbəsindədir, biz bir-birimizlə əlaqə qura bilmərik. Daim evdəyəm və vaxt öldürmək üçün günəş vannası qəbul edirəm. Mən protokola riayət edirəm, onu pozmamışam. Barəmdə deyilənlər yalandır. Mən İtaliyaya təcili tibbi yardım avtomobilində gəlmişəm, hətta Turində belə heç kimlə təmasım olmayıb”, - K.Ronaldunun açıqlamasını “Football Italia” nəşri dərc edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri