17 
Okt
2020
01:30
990
32
3888
Virtual karabakh

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

17 Okt, 2020
01:30
3888

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İstanbulda, Ukrayna və Türkiyə prezidentləri - Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasındakı baş tutan görüşdən sonra iki ölkə hökumətləri arasında hərbi müqavilə də daxil olmaqla bir sıra sənədlər imzalanıb.

Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna adından müqaviləni Müdafiə Naziri Andrey Taran, Türkiyə tərəfindən Milli Müdafiə Naziri Hulusi Akar imzalayıb.

“Müqavilə müdafiə sahəsində mövcud Ukrayna - Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılması və bu cür əməkdaşlıq prosedurunun müəyyənləşdirilməsi məqsədi ilə bağlanılır.

Sənəd, xüsusilə əməkdaşlıq sahələrini, əməkdaşlıq prinsiplərini, məxfi məlumatların təhlükəsizlik rejimini, kəşfiyyat məlumatlarının mübadiləsi qaydalarını, tərəflərin hər biri tərəfindən göndərilən mütəxəssislərin fəaliyyətinin hüquqi tənzimlənməsini, mümkün itkilərin ödənilməsini, mübahisələrin həlli prosedurunu və bu kimi sahələri əhatə edir”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunur.

V.Zelenski iki ölkənin müdafiə nazirlikləri arasında hərbi müqavilənin, memorandumların imzalanmasını hərbi və hərbi-texniki əməkdaşlıq üçün yeni imkanlar açdığını söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri