18 
Okt
2020
11:00
634
67
6579
Virtual karabakh

II Yelizaveta Londonda terror hücumunu dayandıran qatili əfv etdi

18 Okt, 2020
11:00
6579

II Yelizaveta Londonda terror hücumunu dayandıran qatili əfv etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya kraliçası II Yelizaveta 2019-cu ildə London körpüsündə terrorçunu dayandıran, qətldə ittiham olunan Stiven Qellantı əfv edib.

“Daily Mail” xəbər verir ki, həmin şəxs vaxtından 10 il əvvəl sərbəst buraxılacaq.

2019-cu ilin noyabrında əvvəllər terror fəaliyyətinə görə məhkum edilən və vaxtından əvvəl sərbəst buraxılan 28 yaşlı Usman Xan London körpüsündə bir qrup şəxsin üstünə bıçaqla hücum edib. Nəticədə iki nəfər ölüb, üç nəfər yaralanıb. Yoldan keçən bir neçə nəfər terrorçunu dayandırmağa müvəffəq olub. Həmin şəxslər Xanın bədənindəki partlayıcı qurğunun saxta olduğunu bilmirdilər. Onlardan biri yanğınsöndürən şəxsi öldürməkdə günahlı bilinən 42 yaşlı Stiven Qellant idi. O həmin gün məhkumlarla bağlı tədbirdə iştirak etmək üçün həbsxanadan çıxmaq icazəsi almışdı.

Böyük Britaniya Ədliyyə Nazirliyi qərarın öz həyatına təhlükə olmasına baxmayaraq, insanları xilas edən “son dərəcə cəsarətli hərəkətlər”lə əlaqədar verildiyini bildirib. Eyni zamanda, öldürülən yanğınsöndürənin ailəsi səlahiyyətlilərin qərarını dəstəkləyib. Onun oğlu qeyd edib ki, London körpüsündə baş verənlər insanların necə dəyişə biləcəyini göstərir.

Stiven Qellant artıq 2021-ci ilin iyun ayında şərti azadlığa çıxmaq üçün müraciət edə biləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri