18 
Okt
2020
17:14
1175
23
3128
Virtual karabakh

Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycana dəstək - FOTO

18 Okt, 2020
17:14
3128

Ohayo ştatında yaşayan soydaşımızdan Azərbaycana dəstək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Ohayo ştatının Columbus şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Nəsibov iri ticarət mərkəzinin (Mall) içərisində Azərbaycan Mərkəzi açıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mərkəzdə, Azərbaycan dövlətinə dəstək məqsədilə, “KarabakhisAzerbaijan!”, “StopArmenianAggression” şüarları asılıb. Eyni zamanda, Ohayoda əsas yollardan birində körpünün üzərinə də bu şüarlar yazılmış baner yerləşdirilib.

Bununlada soydaşımız şəhər ictimaiyyətinə və qonaqlara Azərbaycanın haqq səsini çatdırır, işğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz edir, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər kəsə bir daha bəyan edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri