18 
Okt
2020
22:59
2035
49
4247
Virtual karabakh

Kanadada yaşayan həmyerlilərimizdən Ordumuza və Gəncəyə dəstək yürüşü - FOTO/VİDEO

18 Okt, 2020
22:59
4247

Kanadada yaşayan həmyerlilərimizdən Ordumuza və Gəncəyə dəstək yürüşü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənilərin cəbhə xəttindəki təxribatlarından sonra ək hücuma keçən Ordumuzun qazandığı uğurlar və qısa zamanda bir neçə yaşayış məntəqələrimizi işğaldan azad etməsi bütün dünyada yaşayan azərbaycanlıları sevindirib.

Bir çox ölkələrdə yaşayan həmyerlilərimiz Qarabağa, Ordumuza dəstək yürüşləri keçirirlər. Belə aksiyalardan biri də Kanadada keçirilib.

Bu ölkədə yaşayan azərbaycanlılar Ordumuza dəstək nümayiş etdirməklə yanaşı erməni terroru nəticəsində Gəncə şəhərinə raket hücumundan həlak olan və yaralanan dinc əhalinin haqq səsini dünyaya çatdırmaq üçün yürüş keçiriblər.

Yürüş zamanı aksiya iştirakçıları Azərbaycan bayraqları ilə yanaşı əllərində müxtəlif şüarlar yazılmış plakatlar da nümayiş etdiriblər. Plakatlarda “Armenia Kills Children”, “Stop Armenian Agression”, “Pray for Ganja” və digər şüarlar əks olunub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri