20 
Okt
2020
03:50
38
981
14166
Virtual karabakh

İntiqam üçün doğma uşaqlarını Dəclə çayına atdı – ANBAAN VİDEO

20 Okt, 2020
03:50
14166

İntiqam üçün doğma uşaqlarını Dəclə çayına atdı – ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərindən boşanan qadın körpünün üzərinə çıxaraq iki uşağını Dəclə çayına atıb.

“Haber Global”ın məlumatına görə, dəhşətli hadisə İraqın paytaxtı Bağdadda yaşanıb.

Hadisə anı müşahidə kameraları ilə qeydə alınıb.

Baş verənlərdən sonra əraziyə gələn təhlükəsizlik qüvvələri 1 və 3 yaşındakı uşaqları xilas etmək üçün səfərbər olsalar da, bu səyləri nəticə verməyib, hər iki körpə boğulmuş şəkildə tapılıb.

Qadın saxlanılıb. O, üç ay əvvəl ərindən boşandığını və uşaqların himayəsinin atalarına verildiyini bildirib.

Qadın uşaqlarını həmişə çətinliklə gördüyünü deyib: “Atalarının mənim nələr hiss etdiyimi anlaması üçün uşaqlarımı çaya atdım”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri