21 
Okt
2020
07:39
998
34
13727
Virtual karabakh

Öldüyü deyilən körpə dəfn edilərkən gözlərini açdı

21 Okt, 2020
07:39
13727

Öldüyü deyilən körpə dəfn edilərkən gözlərini açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Öldüyü deyilən körpə qız dəfninə bir neçə dəqiqə qalmış “dirilib”.

“The Daily Star”ın məlumatına görə, qorxunc hadisə Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verib.

Məlumata görə, şəhərdə tibb kollecinin nəzdindəki xəstəxanada 27 yaşlı Şahinur Aktyor hamiləliyinin altıncı ayında dünyaya qız uşağı gətirib. Ancaq həkim vaxtından əvvəl doğulan körpənin bir neçə dəqiqə sonra öldüyünü bildirib.

Xəstəxana işçiləri “ölü” uşağı əlcək qutusuna qoyaraq, qadının həyat yoldaşı Yeasin Molla verirlər və dəfn etmək üçün Azimpurdakı qəbiristanlığa aparmasını deyirlər. Ata uşağı qəbiristanlığa aparıb, lakin ona uşağını başqa, daha ucuz yerdə dəfn etməyi təklif edirlər. Ata deyilən yerə gedərək dəfn barədə razılığa gəlir. Qəbiristanlıq işçisi qəbri qazandan sonra uşağı oraya endirərkən qutu birdən tərpənib.

“Qutunu açdım və uşağımın sağ olduğunu gördüm. Qızım tərpənir və ağzını açırdı”, - deyə Moll olanları xatırlayıb.

O, yeni doğulmuş qızını xəstəxanaya qayıdıb.

Növbətçi həkim və tibb bacısı əvvəlcə boş yerlərinin olmadığını deyərək, onu qəbul etməkdən imtina edirlər.

Ancaq Moll səhv üçün həkimlərin cavab verməli olduğunu deyib.

Nəticədə körpə xəstəxanaya yerləşdirilib. Hazırda o, özünü yaxşı hiss edir.

Xəstəxana səlahiyyətliləri hadisə ilə bağlı yoxlamalara başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri